Dünya futbolu

Zidana görə dünyanın ən yaxşı stadionu hansıdır?

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan futbolçu karyerası ərzində dünyanın hansı stadionunun onun üçün ən yaxşı olduğu ilə bağlı fikirlərini bölüşüb.

“Ən yaxşı stadion? “Bernabeu”. Bu, üst, üst, üstdür… Mənim üçün “Santiaqo Bernabeu” bir nömrədir. İnsanlar, stadion, hər şey, klubun tarixi – hər şey ən yaxşısıdır”, – deyə 52 yaşlı Zidan bildirib.

Xatırladaq ki, Zinəddin Zidan “Real Madrid”ə 2016-2018 və 2019-2021-ci illərdə rəhbərlik edib. “Qalaktikos”la birlikdə fransalı ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi olub və üç dəfə komandasını Çempionlar Liqasında qələbəyə aparıb.

Aut.az