Türkiyə

“Qalatasaray” “Qarabağ”ın rəqibinin futbolçusuna göz dikdi

“Tottenhem”in müdafiəçisi Ben Devis karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Takvim” məlumat yayıb.

“Qalatasaray” Devisin keçidində maraqlıdır. Yeni mövsümdə 31 yaşlı futbolçu hələ ki, “Tottenhem”in heyətində bir dənə də olsun matça çıxmayıb. Buna görə onun “mahmızlar”ı tərk etmə ehtimalı böyükdür.

“Transfermarkt” onu dəyərini 10 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Tottenhem” Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. Sentyabrın 26-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az