Peres şokdadır: Əsas rəqib futbolçusunu havayı ələ keçirir
“Real Madrid”in ukraynalı qapıçısı Andrey Luninin 2024/2025-ci il mövsümünün sonuna qədər müqaviləsi var.
Aut.az xəbər verir ki, Lunin Madrid nəhənginin təklifinə baxmayaraq, hələ də müqaviləsini yeniləməyib. Nüfuzlu ESPN insayderinin məlumatına görə, ukraynalı qolkiper “Real”dakı gələcəyi ilə bağlı son qərarını verib. Lunin yeni müqavilə imzalamayacaq və 2025-ci ilin yayında azad agent kimi Madriddən ayrılacaq.
“El Gol Digital” portalının məlumatına görə, 2025-ci ildə Lunini transfer etmək üçün əsas favorit “Atletiko”dur. “Hindular” Luninin gələn yay Səudiyyə Ərəbistanına gedəcək Yan Oblakın tam hüquqlu əvəzləyicisi olmasını istəyir. Luninin özü də Madriddə qalmaq və əsas qapıçı ola biləcəyi “Atletiko”ya keçməkdə maraqlıdır.
Lunin ötən mövsüm “Real”ın heyətində 31 oyun keçirib, 32 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb. Andrey bu mövsüm hələ oynamayıb.
Aut.az
