Azərbaycan futbolu

ÇL: 1/8 finalda Azərbaycan dueli

Bu gün minifutbol üzrə Çempionlar Liqasında pley-off görüşləri start götürəcək.

Aut.az xəbər verir ki, 1/8 finalda Azərbaycan dueli baş tutacaq.

Turnirdə ölkəmizi təmsil edən “Birbaşa Bakı” və “AzNur” Polşada üz-üzə gələcəklər.

Oyun saat 15:30-da start götürəcək.

Cütün qalibi 1/4 finalda “Meksikani Ber Şava” (İsrail) – “Belfut İaşi” (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki təmsilçimiz qrup mərhələsini məğlubiyyətsiz başa vurub. “Birbaşa Baku” 5 xalla E qrupunu 2-ci, “AzNur” isə eyni xalla C qrupunu 3-cü pillədə tamamlayıb.