Üzərinə benzin tökülərək yandırılan idmançı öldü
Paris Olimpiadasının iştirakçısı, uqandalı qaçışçı Rebekka Çepteqey dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Uqanda Olimpiya Komitəsinin prezidenti Donald Rukare açıqlamasında “Olimpiya idmançımız Rebekkanın sevgilisi tərəfindən vəhşicəsinə hücuma məruz qaldıqdan sonra vəfat etdiyini öyrəndik” deyib.
Sentyabrın 3-də məlum olmuşdu ki, mübahisə zəminində sevgilisi Rebekkanın üzərinə benzin tökərək onu yandırıb. O, bədəninin 75 faizinin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdi.
Bildirilib ki, mübahisə idmançının ev tikdirdiyi torpaq sahəsi üstündə olub.
Aut.az
