Transferlərlə ən çox pul xərcləyən klub: Fantastik məbləğ və fiasko
“CIES Football Observatory” əsas komanda oyunçularının transferinə ən çox pul xərcləyən klubların reytinq cədvəlini hazırlayıb.
Aut.az xəbər verir ki, bu reytinqdə “Çelsi” liderdir.
Yeni sahiblərin gəlişindən sonra “mavilər” transferlərə aktiv şəkildə pul xərcləyir və klub hazırkı heyətə 1,26 milyard avro sərf edib.
İlk üçlüyü Premyer Liqa təmsilçiləri “Mançester Yunayted” (1,04 milyard avro) və “Mançester Siti” (1 milyard avro) tamamlayır.
İlk 10-luq belə görünür: “Çelsi”, “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Tottenhem”, PSJ, “Liverpul”, “Real”, “Nyukasl”, “Yuventus”.
Yay transfer pəncərəsinin nəticələrinə görə, “Çelsi” yeni futbolçulara xərcləmə üzrə dünya rekordçusu olub: londonlular 220 milyon funt-sterlinq xərcləyib.
Aut.az
