Voleybol

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçiriləcək “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.

Aut.az xəbər verir ki, təmsilçilərimiz bu gün Türkiyəyə yola düşüblər.

Yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə – Lizi Latsabidze; Nərmin Səmədzadə – Fidan Əhmədxanov; Larisa Smetsova – Çinarə Quliyev) və üç kişi (Vadim Kutukov – Heydər Məmmədli; Nəriman Bayramlı – Muhammad Aslanlı, İbrahim Məmmədov – Aqşin Ağazadə) komandası təmsil edəcək.

Kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında yarışacaqlar.

Bu gündən startı veriləcək və sentyabrın 9-na qədər davam edəcək “Bioderma Pro Beach Tour” açıq çempionatında yarışacaq komandalar FIVB reytinq xalları qazanacaq.