Azərbaycan futbolu

UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi başladı

AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb.

Aut.az xəbər verir ki, təlimatçı İlham Əzizzadənin rəhbərlik etdiyi məşğələ sentyabrın 6-dək davam edəcək.

Qeyd edək ki, qadınlar üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi avqustun 13-16-sı aralığında keçirilib.