Vəfat edən klub rəhbəri “Ağdaş”ın oyunundan əvvəl belə anıldı – FOTO
Futbol üzrə Azərbaycan İkiinci Liqasının ilk turu çərçivəsində keçirilən “Ağdaş” – “Kür-Araz” oyunundan öncə təsirli anlar yaşanıb.
Aut.az xəbər verir ki, futbolçular matçdan ev sahibi klubun iyul ayında vəfat edən rəhbəri Rəhman Əliyevi anıb. Oyunçular meydana “Bu gün də, sabah da, daim bizimlə olacaqsan, Rəhman!” banneri ilə çıxıblar.
Eyni zamanda görüşün startından əvvəl mərhum funksionerin ruhu 1 dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, Rəhman Əliyev iyulun 22-də çayda çimərkən boğulan dayısı oğlu Fərid Ağazadəni xilas edərkən vəfat edib. Hər ikisi bədbəxt hadisə nəticəsində həyatını itirib. Faciaə rayonun Dəhnəxəlil kəndi ərazisində baş verib. Əliyev evli olub, 3 övladı var.
Aut.az

