Azərbaycan futbolu

Premyer Liqa klubları yoxlama oyunu keçirəcək

Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” və “Sumqayıt” yoxlama görüşündə üz-üzə gələcək.

Aut.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xideməti məlumat yayıb.

Oyun sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Matçın başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.

Aut.az