Qolu MBA-nın superulduzunun üslubunda qeyd etdi – FOTO
Avqustun 31-də İspaniya Primerasının 4-cü turunda “Barselona” – “Valyadolid”i qəbul edib və 7:0 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, Kataloniya klubunun hücumameyilli yarımmüdafiəçisi Daniel Olmo altıncı qolu vurduqdan sonra bunu Milli Basketbol Assosiasiyasının (MBA) “Millioki Baks” klubunun basketbolçusu Damien Lillardın üslubunda qeyd edib . Barmağı biləyə yönəltmək o deməkdir ki, bu, “Dame Time”dir. (Damienin həlledici vuruşlarla oyunu ələ keçirmə vaxtıdır).
Olmo “Barselona”ya 2024-cü ilin avqustunda “Leypsiq”dən keçib. Transfer məbləği 55 milyon avro + bonuslar olub. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt 26 yaşlı yarımmüdafiəçini 60 milyon avro dəyərində qiymətləndirir.

Aut.az
