Konte dərdini danışdı: O satılsaydı, vəziyyət yaxşı olardı
“Napoli”nin baş məşqçisi Antonio Konte komandasının hücumçusu Viktor Osimhenin uğursuz transferindən danışıb.
“Müəyyən vəziyyətlərə görə transfer fəaliyyətimiz ləngidi. Osimheni sata bilsəydik, vəziyyət daha yaxşı olardı, amma baş verənləri dəyişmək mümkün deyil və biz davam edirik”, – deyə DAZN Komtedən sitat gətirib.
Daha əvvəl mediada transfer pəncərəsinin son günlərində Osimhenin “Çelsi” və ya və Səudiyyə Ərəbistanından “Əl-Əhli” klubuna keçməyə yaxın olduğu barədə məlumatlar yayılmışdı. Lakin avqustun 30-da 25 yaşlı futbolçu bütün təklifləri rədd edib. Osimhen bu mövsüm hələ heç bir matçda iştirak etməyib.
İtaliya çempionatının 2023/2024 mövsümündə Viktor Osimhen 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.
Aut.az
