Digər

Əliyev onu axtarışa verən ruslara cavab verdi: Özümü öldürərəm, təslim olmaram

“Dinamo”nun və Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Rusiyada axtarışa verilməsi ilə bağlı yayılan məlumatlara cavab verib.

– Aleksandr, Rusiya səni terrorizm ittihamı ilə axtarışa verib. Bu barədə eşitmisiniz?

– Bu tam sirkdir! Ruslar bizim günahsız uşaqlarımızı və qadınlarımızı öldürəndə, məsum ölkəmiz boyu terror aktları törədəndə, bu “petuxlar”ın qərarına əhəmiyyət vermirəm. Mən bu lənətə gəlmiş Rusiyaya getmək fikrində deyildim və getməyəcəm də. Bu ölkədə bütün insanlar birbaşa və ya dolayısı ilə Ukraynaya hücum edən terrorçulardır. Mən çox istərdim ki, onların hamısı məhv olsun! Bu ölkə tamamilə yox olsun.

Mən çox istəyirəm ki, bizim oğlanlar Kurskı tutsunlar və mən bu şəhərə gedim. 14 yaşıma kimi orada yaşadım. Mən ora getməyi xəyal edirəm. Kursk Ukraynadır! Bütün oğlanlarımıza başlarının üstündə dinc səma, cansağlığı arzulayıram. Davam edin uşaqlar!

-Bəyanatınızdan sonra ruslardan çoxlu təhdidlər almısınız?

-Bəli, genişmiqyaslı müharibənin ilk günlərindən mənə həm Kadırovun adamları, həm də digər ruslar yazır. Daim təhdid edirlər! Amma iki il yarım keçib və mən sağam. Unutmayın, mən heç kimdən qorxmuram!

Demək istəyirəm ki, mən cəbhədə olsam, həyatımda heç vaxt təslim olmaram, vətənimə xəyanət etmərəm. Mənim ölkəm isə övladlarım Alinka və Artyomun doğulduğu Ukraynadır. Burada çoxlu dostum var.

Yenə deyirəm, həyatımda heç vaxt döyüş meydanında təslim olmayacam! Mən qumbaranı partladıb ölərəm, amma əsir düşmərəm. Mən Ukrayna üçün ölməyə hazıram, çünki uşaqlarım burada doğulublar!

– Ruslardan gələn mesajlara cavab verirsinizmi?

– Heç vaxt cavab vermirəm. Sadəcə oxuyub gülürəm. İndi də müsahibəmiz zamanı ruslar İnstaqramda mənə yazırlar: “Səni öldürəcəyik!” Allah xatirinə, əgər bacarırsansa, zəhmət olmasa. Amma təkrar edirəm – mən heç vaxt təslim olmayacağam.

Aut.az