“Milan” bu klubla dəyiş-düyüş edəcək
“Milan” və “Roma” yay transfer pəncərəsi bağlanana qədər oyunçularını dəyişdirəcəklər.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, “Milan” Romalı hücumçu Tammi Abrahamı transfer edəcək. Yarımmüdafiəçi Alexis Saelemaekers isə əks istiqamətə gedəcək. “Roma”nın belçikalı futbolçunun transfer hüququndan əlavə, daha 10 milyon avro alacağı da vurğulanır.
Artıq hər iki futbolçu transferə razılıq verib.
Eyni zamanda, sövdələşmə yalnız “Milan”ın serbiyalı hücumçu Luka Yoviçi sata biləcəyi təqdirdə baş tutacaq .
Xatırladaq ki, bu yayın əvvəlində “Milan” “Atletiko”dan ispaniyalı hücumçu Alvaro Moratanı da alıb.
Aut.az
