İspaniya

Görün “Real” Peresin dövründə gənc futbolçuların satışından nə qədər qazanıb

“Real”ın Florentino Peresin kluba rəhbərlik etdiyi dövrdə gənc futbolçuların satışından qazandığı məbləğ bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” xəbər nəşri “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, klub gənc futbolçuların satışından 300 milyon avro qazanıb.

Xatırladaq ki, Florentino Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti olub. 2009-cu ildən Peresin rəhbərliyi altında klub 5 dəfə İspaniya çempionu olub, 6 dəfə Çempionlar Liqasında, 5 dəfə UEFA Superkubokunda qalib gəlib.

Bundan əlavə, klub üç dəfə İspaniya kubokunu qazanıb, beş dəfə ölkə Superkubokunun, həmçinin beş dəfə Klublararası Dünya Kubokunun qalibi olub.

Aut.az