Azərbaycan futbolu

Azərbaycan yığması Niderland və Şotlandiya ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq.

Aut.az AFFA-ya istinadən xəbər verir ki, millimiz İspaniyadakı hazırlıq zamanı 3 yoldaşlıq görüşü keçirəcək.

4 sentyabr
21:00. Şotlandiya (U-19) – Azərbaycan (U-19)

6 sentyabr
21:00. Niderland (U-19) – Azərbaycan (U-19)

9 sentyabr
13:00. Uels (U-19) – Azərbaycan (U-19)

Qeyd: Oyunların saatları Bakı vaxtı ilə göstərilib.