“Siti” gözünü bu ölkədəki 19 yaşlı istedada dikib –- FOTO
“Mançester Siti” gözlərini “Kopenhagen” və İslandiya millisinin hücumçusu Orri Ouskarssona dikib.
Aut.az xəbər verir ki, “The Athletic”in verdiyi məlumata görə, “Siti” 19 yaşlı futbolçunun perspektivini yüksək qiymətləndirir.
Transfermarkt portalı futbolçunun dəyərini 5 milyon avro müəyyənləşdirib.
Bu ilin martında Ouskarsson Çempionlar Liqasının 1/8 finalında “Siti” ilə səfər matçında (1:3) məhsuldar ötürmə edib. Ümumilikdə, 2023/24 mövsümündə islandiyalı bütün turnirlərdə “Kopenhagen”in heyətində 41 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az
