Məşəli Ceki Çan da daşıyacaq
Məşhur çinli aktyor Ceki Çan Parisdə Paralimpiya Oyunlarının Açılış Mərasimində iştirak edəcək.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Çan Olimpiya məşəlini açılış mərasimindən bir neçə saat əvvəl Vieille du Temple üzərində daşıyacaq.
Mərasim avqustun 28-də baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Yelisey meydanından Konkord meydanına qədər uzanacaq.
Aut.az
