Andrey Lunyev beyin sarıntısı keçirdi – VİDEO
“Qarabağ”ın sabiq qapıçısı, hazırda Moskva “Dinamo”sunda çıxış edən Andrey Lunyev zədə alıb.
Aut.az xəbər verir ki, qapıçı “Krasnodar”la oyunbda (0:1) zədələnib.
O, 78-ci dəqiqədə “buğalar”ın hücumçusu Con Kordoba ilə toqquşub və başından xəsarət alıb. Andreyin əvəzinə meydana ağ-göylərin ehtiyat qapıçısı İqor Leşçuk çıxıb.
“Dinamo”nun İdarə Heyətinin sədri Dmitri Qafin komandanın Lunyevin zədəsi haqda danışıb.
“Beyin sarsıntısı kimi görünür, amma hər şeyi həkim müəyyənləşdirəcək. Lunyev tomoqrafiyaya gedəcək, bu, reqlamentə uyğundur”, – Sport24-ün müxbiri Valentin Qonçar Qafinin sözlərini sitat gətirib.
Aut.az
