Dünya futbolu

Portuqaliyada etiraf etdilər: 10 il əvvəlki Ronaldo deyil

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştiano Ronaldonun hazırkı durumu ilə bağlı fikirlərini bildirib.

“Milli komandanın qapıları onun üzünə həmişə açıqdır. Kriştianonun öz klubunda oynaması, aktiv olması bizim üçün önəmlidir. Biz də digər oyunçular kimi onu izləyirik. O, kapitanımızdır. Onun fiziki xüsusiyyətləri çox yaxşıdır və münasibəti komanda üçün vacibdir.

Bəli, o, artıq 10 il əvvəlki oyunçu deyil. Amma indi onun daha çox təcrübəsi var. Yaşdan danışmağın mənası yoxdur, çünki Avropa çempionatında qüsursuz oynayan Pepe nümunəsi var. Milli komanda səviyyəsində təcrübə gənc futbolçulara kömək etmək baxımından çox önəmlidir.

Biz Kriştianonu digər oyunçular kimi qiymətləndiririk. Bir çox cəhətdən o, Portuqaliya futbolunun ən yaxşı hücumçusudur”, – Martines deyib.

Ronaldo 2003-cü ildən Portuqaliya millisində oynayır. Onun aktivində 212 matçda 130 qol var.

Aut.az