Azərbaycan futboluKonfrans Liqası

KL: “Zirə” “Omoniya”ya böyük hesabla uduzdu

“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, tarixində ilk dəfə avrokubokların pley-offuna çıxmış Azərbaycan təmsilçisi Kiprdə yerli “Omoniya” ilə qarşılaşıb.

Nikosiyadakı “GSP Arena”da baş tutan oyun Azərbaycan təmsilçisinin böyükhesablı məğlubiyyəti ilə bitib.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun

22 avqust

21:00 Omoniya (Kipr) – Zirə  6:0

Qollar: Xammas, 14. Semedu, 34-pen. ; 70. Stepinski, 45+1; 54. Evandro, 60

Baş hakim: Yuri Frişer (Estoniya)
Kipr, GSP stadionu

Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 7. Məqsəd İsayev, 21.Hacıağa Hacıyev, , 6. Eldar Quliyev, 23. Rafael Utsiq, 90. Davit Volkov

Ehtiyat Oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 99.Səlim Həşimov, 5. Stefan Aka,  8. İsmayıl İbrahimli,  14. Elçin Əlicanov,  16. Fuad Bayramov, 19.Salifu Suma, 18. Junior Martins, 29.Ceyhun Nuriyev, 28. Abbas İbrahim, 10. Giorgi Papunaşvili

“Omoniya”: 40. Fabiano (k), 2. Alfa Diunku, 5. Senu Kulibali, 30. Nikolas Panaqitu, 24. Amin Xammas, 80. Noviks Erakoviç, 20. mateo Mariç, 11. Evandro, 21. Veliko Simiç, 14. Mariuş Stepinski, 7. Villi Semedo

Ehtiyat oyunçular: 23. Uzoho (k), 98. Kiriakidis (k), 4. Helander, 9. Kakulli, 10. Atzili, 17.Masuras, 22. Lanq, 31. Kusulos, 33. Musialovski, 76. Çaralampus, 85. Neofitu, 99. Saidu