İngiltərə

“Çelsi”nin futbolçusu MY-yə təklif olundu

“Çelsi”nin müdafiəçisi Benjamin Çiluell ” Mançester Yunayted”ə təklif olunub.

Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

Qeyd olunur ki, “Çelsi”nin yeni baş məşqçisi Enzo Mareska futbolçuya planlarına daxil olmadığını bildirib. Müdafiəçi “Mançester Siti” ilə Premyer Liqanın açılış matçında, “Çelsi” satmağa çalışdığı digər oyunçularla birlikdə heyətdən kənarda qalıb.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 1-ci turunun “Fulhem”lə oyununda (1:0) sağ cinah müdafiəçisi Dioqo Dalotdan əks tərəfdə istifadə etmək məcburiyyətində qalıb. Buna görə də sol cinaha Çiluellin transfer edilməsinə isti yanaşır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2023/2024 mövsümündə 27 yaşlı futbolçu 13 oyun keçirib və 21 məhsuldar ötürmə edib.

Aut.az