Dünya futbolu

Hər ikisi nikah üzüyü taxdı, Ronaldo ona “həyat yoldaşım” dedi – FOTOFAKT

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo avqustun 21-də “YouTube”da yayımladığı videoda sevgilisi Corcinanı “həyat yoldaşı” adlandıraraq, evli kişi olduğunu elan etmiş oldu.

Aut.az xəbər verir ki, 39 yaşlı futbol ulduzu 2016-cı ildən Corcina ilə görüşür. Cütlüyün birlikdə iki övladı var və o, digər üç uşağın da ögey anasıdır. Cütlük evliliklərini ictimaiyyətə açıqlamayıb.

Bununla belə, Ronaldo Corcina ilə nəhayət gizli mərasimlə evləndiyinə eyham vurmuş ola bilər. Həmçinin videoda görünür ki, onların hər ikisi nikah üzüyü taxıblar.

Hər ikisi nikah üzüyü taxdı, Ronaldo ona “həyat yoldaşım” dedi – FOTOFAKT

Aut.az