İngiltərə

“Arsenal”ın ulduzu aldığı ilk həyat dərsindən danışdı: Anam dedi ki…

London “Arsenal”ının və Ukrayna millisinin oyunçusu Aleksandr Zinçenko uşaqlıqda aldığı ilk həyat dərsindən danışıb.

Aut.az xəbər verir ki, Zinçenko bu dərsi anasından aldığını bildirib.

“Ağılıma gələn ilk dərs anamın verdiyi dərsidir. İlk məşqdən qayıdanda təxminən yeddi yaşım var idi, evə gəldim və az qala ağlayacaqdım. Şikayətləndim ki, orada ən kiçiyi mən olduğum üçün heç kimin topu mənə ötürmür.

Anam dedi: “Yaxşı, heç kim topu sənə ötürmürsə, get onu al!” Bu, məni dəyişdirən bir dərs oldu və bunu həyatımın sonuna qədər xatırlayacağam.

Düzünü desəm, anam məni çox ruhlandırıb. Gözlərimdəki odu görməsəydi, bu baş verməzdi. O, gördü ki, mən həqiqətən də peşəkar futbolçu olmaq istəyirəm. Sonra xəyalımı gerçəkləşdirmək üçün hər şeyi verdi. Beləliklə, bu, mənim üçün onun haqlı olduğunu sübut etmək üçün əlavə bir motivasiya oldu”, – deyə Zinçenko sosial şəbəkədə yazıb.

Aut.az