Dünya futbolu

Neymar Səudiyyə Ərəbistanından ayrılır: Bu kluba keçmək istəyir

“Əl-Hilal” klubunun braziliyalı cinah oyunçusu Neymar Səudiyyə Ərəbistanından ayrılmaq istədiyini bildirib. Braziliyalının müqaviləsi 2024/25 mövsümündən sonra başa çatır və Neymar müqaviləni yeniləmək istəmir.

Aut.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, Neymar Avropaya qayıtmaq istəyir, braziliyalının arzusu yenidən “Barselona”da oynamaqdır. Kataloniya klubu braziliyalı vingerin qayıtmasına açıqdır.

Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində braziliyalı 2014/15 mövsümündə iki La Liqa və bir Çempionlar Liqası da daxil olmaqla 10 titul qazanıb.

Aut.az