İlk dəfə A seriyasına belə başladı
İtaliyada A Seriyasının 1-ci turunda “Napoli” səfərdə “Verona” ya 0:3 hesabı ilə uduzub .
Aut.az xəbər verir ki, bu görüş Neapol kliubunun baş məşqçisi Antonio Konte üçün çempionatın açılış matçında məşqçi kimi ilk məğlubiyyətidir. Əvvəllər Konte 5 qələbə qazanıb və 1 dəfə heç-heçə etmişdi.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis əvvəllər A seriyasında “Yuventus” və “İnter”ə rəhbərlik edib.
Aut.az
