Türkiyə

Aktürkoğlu Moskvaya getməkdən imtina etdi: Səbəb odur ki…

 “Qalatasaray”ın türkiyəli cinah futbolçusu Kərəm Aktürkoğlu Moskva “Spartak”ına keçməkdən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Qalatasaray” futbolçunu “Spartak”a satmaq variantına müsbət baxıb, lakin Aktürkoğlu Rusiyaya getmək istəməyib. Eyni zamanda futbolçu Avropadan təklif gözləməkdə davam edir. Kərəmin karyerasını Avropa liqalarında davam etdirmək üçün layiqli variantları olmasa, o, “Qalatasaray”da qalmağı planlaşdırır.

Daha əvvəl mətbuatda, danışıqların əvvəlində Aktürkoğlunun “Spartak”dan 3-4 milyon avro maaş tələb etdiyi, Rusiya klubunun isə ona cəmi 2,2-2,4 milyon avro ödəməyə hazır olduğu xəbəri yayılmışdı. Transfer məbləği 12 milyon avro olaraq təxmin edildi.

Aktürkoğlunun “Qalatasaray”la 2026-cı ilin iyununa qədər müqaviləsi var. Transfermarkt internet portalı türk futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Aut.az