Bu ölkəyə xəbər göndərdi: Millidə işləməyə hazıram
“Çelsi”, “Sauthempton” və “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino ABŞ millisinə rəhbərlik etməyə hazırdır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist David Ornşteyn məlumat verib.
Argentinalı mütəxəssisin son iş yeri 2023-cü ilin yayından 2024-cü ilin mayına kimi çalışdığı Londonun “Çelsi” klubu olub. Bu müddətdə onun rəhbərliyi altında bütün yarışlarda 51 görüş keçirən “mavi-qaralar” 27 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib və 14 dəfə məğlub olub.
Poçettino əvvəllər peşəkar məşqçilik karyerasında heç vaxt milli komandada işləməyib. Maurisio İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, eləcə də Fransanın PSJ klublarına rəhbərlik edib.
Aut.az
