Basketbol

Fransızlar ondan belə intiqam almaq istəyirlər

“McDonald’s” korporasiyasının Fransa departamenti özünün Instagram səhifəsində amerikalı basketbolçu Stiven Karriyə görə klassik kari sousunu menyudan çıxarmağı planlaşdırdığını açıqlayıb.

Aut.az xəbər verir ki, şirkət sousun fotosunu paylaşaraq “məlum səbəblərə görə biz bu sousu menyudan çıxarmağı düşünürük. Minimum dörd illik”, – sözlərini paylaşıb.

Qeyd edək ki, ABŞ millisi Yay Olimpiya Oyunlarının finalında Fransanı 98:87 hesabı ilə məğlub edib. Karri, 24 xal, 1 ribaund və 5 asistlə yadda qalıb.  Final zamanı Karri “gecəniz xeyrə qalsın” jestini göstərib. Matçdan sonra amerikalı Eyfel qülləsinin emblemi və fransız dilində “NUIT. NUIT.” (“Gecə, Gecə”) yazılmış forma geyinib.

Bu, 36 yaşlı Karrinin ilk Olimpiadası idi.

Aut.az