Digər

Məşhur müğənni Lebronun agenti ilə evləndi

Adel kimi tanınan britaniyalı müğənni Adele Laurie Blue Adkins idman agenti Riç Polla nişanlandığını təsdiqləyib.

Aut.az “Daily Mail”ə istinadən bildirir ki, o, Münhendəki konserti zamanı tamaşaçılardan birinin “Mənimlə evlənəcəksən?” yazısını oxuyub və cavab verib: “Mən səninlə evlənə bilmərəm, çünki artıq evliyəm!”

Qeyd olunur ki, Adel və Pol 2021-ci ildən görüşür. Keçən ay  evlilik təklifi aldıqdan sonra onlar gizli şəkildə nişanlanıblar.

Polun ən məşhur müştərisi “Los Angeles Lakers”in forvardı Lebron Ceymsdir.

Aut.az