Keçmiş sevgilisinin ittihamı ona necə təsir edib?
“Mançester Yunayted”in cinah oyunçusu Entoni bildirib ki, keçmiş sevgilisi tərəfindən ailədaxili zorakılıq iddiaları keçən mövsüm onun çıxışına təsir edib.
“Əlbəttə, bu il şəxsi həyatımda çox şey oldu. İstəsək də, istəməsək də, keçdiyim hər şey futbol sahəsində mənə təsir etdi. Bu mənim və bütün ailəm üçün çox çətin idi, amma çox şey öyrəndim. Mən böyümüşəm, yetkinləşmişəm.
İnanıram ki, bu sınaqlardan çox şey öyrəndim. Mən keçdiyim hər şeydən öyrənirəm və bilirəm ki, istədiyinizə nail olmaqda israrlı olduğunuz zaman hər şey mümkündür. Keçmişi, o mövsüm keçirdiklərimi arxada qoydum”, – deyə Entoni “Daily Mail”ə bildirib.
2023-cü ilin iyununda futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin braziliyalını məişət zorakılığı, təhdid və hücumda ittiham edib. 24 yaşlı cinah oyunçusu ittihamları rədd etsə də, ötən ilin sentyabrında klub və milli komanda oyunlarından uzaqlaşdırılıb.
Sentyabrın 29-da futbolçu əsas heyətlə məşqlərə qayıdıb.
Ötən mövsüm Antoni mankunianlıların heyətində 38 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
