Paris-2024: Azərbaycan güləşçisi ilk görüşdə məğlub oldu
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Aut.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
