ŞOK İDDİA: “Qarabağ” nüfuzlu oyunda yer alacaq
“Qarabağ” məhşur futbol simulyatoru olan EAFC25-də yer ala bilər.
Aut.az xəbər verir ki, bu barədə oyun portalı “INFINITYFC” məlumat yayıb.
Bildirlir ki, Azərbaycan təmsilçisi “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi olaraq yer alacaq.
Nə şirkətin, nə də EAFC25-nin rəsmi səhifələrində bununla bağlı paylaşım edilməsə də, mənbənin etibarlılığı və daimi olaraq oyunlar barədə eksklüziv məlumat verməsi, azarkeşləri xeyli həyəcanlandırıb.
Qeyd edək ki, əvvəl FİFA, indi isə EAFC adı altında təqdim olunan futbol simulyatoru dünyanın ən çox satılan oyunlarından biridir. Yeni mövsümü əhatə edəcək versiya sentyabrın 27-də oyunsevərlərin ixtiyarına veriləcək.
Aut.az
Qarabağ FK 🇦🇿 is available in the #FC25 Beta database!
The club will feature in the Rest of World league if confirmed by EA. pic.twitter.com/NHCyzPRz5p
— 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙔 𝙁𝘾 (@theinfinityfc) August 7, 2024
