İtaliya

İbra buna görə məşqçi işləmir: Ağ saçlarımı görürsən?

PSJ, “Milan”, “İnter” və bir sıra digər top-klubların sabiq futbolçusu Zlatan İbrahimoviç məşqçi olmaq istəmədiyini bildirib.

Aut.az xəbər verir ki, 42 yaşlı isveçli bu barədə “The Athletic”ə danışıb.

“Məşqçilik? Xeyr, ağarmış saçlarımı görürsən? Təsəvvür edin ki, bir həftə məşqçi kimi işlədikdən sonra necə olacaq. Məşçinin Məşqçinin iş günü 12 saata qədər davam edir. Onların tamamilə boş vaxtları yoxdur.

Mənim rolum hər şeyi bir-birinə bağlamaq, lider olmaq və strukturun və təşkilatın işlədiyinə əmin olmaqdır. Hər kəsi ayaq üstə saxlamaq lazımdır”, – İbra bildirib.

2023-cü ilin dekabrında İbrahimoviç “Milan”ın sahibi olan “RedBird Capital Partners”da idman, media və əyləncə investisiya portfelinin idarəedici tərəfdaşı təyin edilib.

Aut.az