Trampın sevimli UFC döyüşçüsü: Görün kimin adını çəkdi – FOTO
ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı UFC əfsanəsi Həbib Nurməhəmmədovu qarışıq döyüş növləri üzrə sevimli döyüşçüsü adlandırıb.
Aut.az xəbər verir ki, Tramp Aidin Rossa müsahibəsində bu haqda danışıb.
– Ən çox sevdiyiniz MMA döyüşçüsü kimdir?
– Məncə, bu, Həbibdir. O, çox yaxşıdır! Onun rekordu 29 qələbə – 0 məğlubiyyətdir. Və sonra atası öldü və Nurməhəmmədov karyerasını bitirdi. Məncə, o, hətta bir raund da uduzmayıb”, Tramp deyib.
Noyabrın 5-də keçiriləcək növbəti seçkilərdə Donald Tramp ABŞ prezidentliyinə namizəd olacaq.

Aut.az
