Digər

Paris-2024-də daha bir insident: Nazir müavini də qarət edildi

Parisdə naməlum şəxslər Cənubi Sudanın idman və gənclər siyasəti nazirinin müavininin içində 35 min dollar olan çantasını oğurlayıblar.

Aut.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, insident bazar günü axşam Villejuif ətrafında yerləşən oteldə baş verib. Məmur çantasını otelin foyesindəki stollardan birinin üzərinə qoyub. Otaqda olan işçilər heç nə görmədiklərini bildiriblər.

Çantada həmçinin qızıl-zinət əşyaları, şəxsi sənədlər, mobil telefon və olimpiya obyektlərinə daxil olmaq üçün müxtəlif vəsiqələr olub.

Polis çantanı Paris yaxınlığında tapsa da, içərisində nə pul, nə də zinət əşyası olub.