Dünya futbolu

Qvardiola Messinin MLS macərasından danışdı: Eşitmişəm ki…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “İnter Mayami”də çıxış edən hücumçu Lionel Messi barədə danışıb.

Aut.az xəbər verir ki, o, argentinalı superulduzn  MLS-ə təsiri ilə bağlı fikirlərini bölüşüb:

“Məncə, MLS getdikcə daha da yaxşılaşır. Messi kimi insanlar buraya oynamaq üçün gəlirlər. Eşitmişəm ki, Leo səfərdə oynayanda bütün stadionlar dolur və satılan biletlərin sayı adi vaxtlarla müqayisədə 3-4 dəfə artır. Təsiri göz qabağındadır”.

Qeyd edək ki, Argentinalı futbolçu 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 29 matçda iştirak edib, 25 qol vurub, 16 məhsuldar ötürmə edib.

Aut.az