“Zirə”nin 3-cü mərhələdəki rəqibi Xorvatiya klubu oldu
“Zirə”nin Konfrans Liqasının 3-cü mərhələsindəki rəqibi bəlli olub.
Aut.az xəbər verir ki, qəsəbə təmsilçisi Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq. Xorvatlar iki oyunun nəticəsinə görə Estoniyanın “Levadiya” (5:1, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.
Aut.az
