Cüdo

Paris-2024: Cüdoçumuz qələbə ilə başladı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev  Parisdə keçirilən Yay Olimpiya Oyunlarında  mübarizəyə başlayıb.

Aut.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.