Digər

Mask ölkə prezidentinin döyüş təklifini qəbul etdi: Qalib gəlsəm, vəzifədən gedəcəksən

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı, milyarder İlon Mask Venesuela prezidenti Nikolas Maduronun duelə çağırışını qəbul edib.

Aut.az xəbər verir ki, Venesuelada keçirilən prezident seçkilərindən sonra Mask sosial media səhifəsində Maduronu seçkilərin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və etiraz edən ölkə vətəndaşlarına dəstək verib. Tezliklə Maduro milli televiziyada Maska cavab verib və rinqdə məsələləri həll etməyi təklif edib.

“Sən döyüşmək istəyirsən? Mən səndən qorxmuram və çağırışı qəbul edirəm, İlon”, – deyə Maduro bildirib.

Mask çağırışı qəbul edib, lakin Venesuela prezidentinə şərt qoyub: “Qəbul edirəm. Əgər qələbə qazansam, o, prezidentlikdən getməli olacaq. Maduro qalib gəlsə, mən onun üçün Marsa pulsuz uçuş təşkil edəcəm”.

Xatırladaq ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib və nəticədə Nikolas Maduro üçüncü müddətə yenidən seçilib. Tezliklə bütün ölkədə etiraz aksiyaları başlayıb. Vətəndaşlar seçki komissiyasının rəsmi məlumatları ilə razılaşmadıqlarını bildirdilər

Aut.az