Məşhur yazıçı Paris Olimpiadası haqda: Ləkələndi
“Harri Potter” kitablar seriyasının müəllifi, məşhur yazıçı Con Roulinq Paris Olimpiadasında baş verən qalmaqalla bağlı fikirlərini bildirib.
Qeyd edək ki, Paris-2024-də italiyalı boksçu Angela Karini əvvəllər gender testindən keçə bilməyən və bioloji olaraq kişi olan Əlcəzair təmsilçisi İman Xeliflə mübarizədən çəkilib.
“Bu idman deyil. Güclərini qadınlara tətbiq edən kişilərdir. Bu fırıldaqçılıq qırmızı rəngli həyasızdan başlayaraq təşkilatçılarda bitir.
Gənc qadın boksçunun hər şey oğurlandı. Hamısı ona görə ki, rinqdə ona qarşı kişi durub. Bu ayıbdır, idmançıların təhlükəsizliyi ilə bağlı bütün söhbətlər cəfəngiyatdır. Paris Oyunları həmişə Karininin başına gələn ədalətsizliklə ləkələnəcək”, – Roulinq sosial şəbəkədə yazıb.
Aut.az
