Çempionlar Liqası

ÇL: “Qarabağ”ın rəqibi müəyyənləşir

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Aut.az xəbər verir ki, son gündə daha 7 matç keçiriləcək.

Azərbaycan futbol ictimaiyyətinin diqqəti Macarıstana yönələcək. Orada “Qarabağ”ın potensial rəqibləri üz-üzə gələcək. Belarusun “Dinamo” klubu Bolqarıstan təmsilçisi “Ludoqorets”i məlum səbəblərdən məhz bu ölkədə qəbul edəcək. Bu cütün qalibi Ağdam təmsilçisinə rəqib olacaq.

Qeyd edək ki, tərəflər arasında ilk görüşdə bolqarlar 2 cavabsız qolla qələbə qazanıb.

Çempionlar Liqası: 2-ci təsnifat mərhələsi, cavab oyunları
31 iyul
21:00 RFS (Latviya) – Bodo Qlimt (Norveç) (İlk oyun – 0:4)
21:15 Midtyulland (Danimarka) – Santa Koloma (Andorra) (İlk oyun – 3:0)
22:00 Makkabi (Təl-Əviv, İsrail) – Styaua (Rumıniya) (İlk oyun – 1:1)
22:00 Partizan (Serbiya) – Dinamo (Kiyev, Ukrayna) (İlk oyun – 2:6)
22:30 Yagelloniya (Polşa) – Panevejis (Litva) (İlk oyun – 4:0)
22:45 Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) (İlk oyun – 0:2)
23:00 Borats (Bosniya və Herseqovina) – PAOK (Yunanıstan) (İlk oyun – 2:3)