Azərbaycan futbolu

Azərbaycan millisinin üzvü Finlandiya klubu ilə anlaşdı

Futbol üzrə milli komandamızın yarımmüdafiəçi Ozan Kökçü karyerasını Finlandiyada davam etdirəcək.

Aut.az xəbər verir ki, Niderlandın “Eyndhoven” klubunun üzvü olan 25 yaşlı futbolçu HİK-ə transfer olunub. Tərəflər arasında 2,5 illik müqavilə imzalanıb.

Azərbaycan millisinin futbolçusu ötən gün səhər tibbi müayinədən keçib və dərhal yeni komandasının məşqlərinə qoşulub.

HİK Kökçüyə görə “Eyndhoven”ə transfer haqqı ödəyib. Ancaq tərəflər məbləği açıqlamayıb.