Digər

Paris-2024: Ramil Vəlizadə mübarizəni dayandırdı

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

,Aut.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib. Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Üzgüçü məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib.

Bu göstərici ilə ümumi sıralamada 25-ci olan idmançımız ilk “16-lığ”a düşə bilmədiyi üçün mübarizəni dayandırıb.