Digər

Avro-2024: 61 yaşlı idmançıdan unikal rekord

Lüksemburqlu Ni Xialian Parisdə keçirilən Olimpiadada unikal rekorda imza atıb.

Aut.az xəbər verir ki, 61 yaşlı idmançı Olimpiadada qələbə qazanan ən yaşlı stolüstü tennisçi olub.

Ni 1/32 finalda 31 yaşlı türkiyəli Sibel Altınkayanı 4-2 (12:10, 11:3, 11:7, 9:11, 10:12, 11:6) hesabı ilə məğlub edib.

Lüksemburq təmsilçisi növbəti mərhələdə özündən 38 yaş kiçik çinli Sun Yinqşa ilə qarşılaşacaq.

Aut.az