Qriqorçuk tələb etdi, “Neftçi” Ukraynadan futbolçu gətirdi – FOTO
“Neftçi” növbəti transferini reallaşdırmaq üzrədir.
Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” baş məşqçi Roman Qriqorçukun tələbi əsasında “Çernomorets”də çıxış edən yarımmüdafiəçi Andrey Ştoqrini heyətinə qatmağa hazırlaşır. Artıq Ukrayna klubu və futbolçu ilə bütün məsələlərdə razılığa gəlinib.
25 yaşlı futbolçu bu gün Bakıya gələcək. Hər iki cinahda vinger kimi oynamağı bacaran Ştoqrin tibbi müayinədən keçdikdən sonra “Neftçi” ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Qriqorçuk “Neftçi”yə qədər 3 il “Çernomorets”də çalışıb. Ştoqrini isə məhz bu klubun yetirməsidir.

Aut.az
