Superkubokda yenilik: Bu texnologiya sınaqdan keçiriləcək
Almaniya superkuboku uğrunda “Bayer Leverkuzen” – “Ştutqart” matçında “Connected Ball” texnologiyası ilə toplardan istifadə olunacaq.
Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb .
İlk dəfə Avro 2024-də istifadə edilən bu texnologiya topun və toxunmanın sürəti və trayektoriyası haqqında ən dəqiq məlumatları təmin edir. Bu, ofsaydları və əl oynamaları daha dəqiq aşkar etməyə kömək edəcək.
Qeyd olunur ki, Superkubok matçında sınaq uğurlu olarsa, texnologiya 2025/26 mövsümündən etibarən Bundesliqa matçında tətbiq olunacaq.
“Bayer” – “Ştutqart” matçı avqustun 17-də keçiriləcək. Reqlamentə əsasən, bu titul uğrunda Almaniya kubokunun qalibi və çempionu mübarizə aparmalı idi. Lakin “Bayer”in daxili arenada “Qızıl dubl”a imza atdığına görə, son Bundesliqada ikinci yeri tutan komanda Superkubokda mübarizə haqqı qazanıb.
Aut.az
