İspaniya

“Barselona”da üzlər gülür: Tezliklə yaxşı xəbərlər olacaq

“Barselona”nın prezidenti Xuan Laporta komandaya yeni futbolçuların qoşulma ehtimalını şərh edib.

Aut.az xəbər verir ki, o, klubun maliyyə vəziyyətinin normallaşdığını bildirib:

“Mali durumumuz xeyli yaxşılaşıb. Biz xilasetmədən klubun bərpasına qədər keçdik. Normal həyata doğru gedirik. Bu gün “Barsa” böyük miqyaslı müqavilələr bağlaya bilər. Bazarda istənilən əməliyyatı həyata keçirə bilirik. Bununla bağlı yaxın vaxtlarda yaxşı xəbərlərimiz olacaq”.

Aut.az