Digər

Avro-2024: Casus qalmaqalında təqsirli bilinən kanadalıya 8 ay həbs cəzası verildi

Kanadanın qadın futbol komandası Paris Olimpiadasında Tokioda qazandığı “qızılı” qoruyacaq. Amma komandanın hazırlıqları casus qalmaqalı üzündən pozulub.

Aut.az xəbər verir ki, Kanada Olimpiya Komitəsi (COC) elan edib ki, “Kanada milli futbol komandasının akkreditə olunmamış üzvü” Yeni Zelandiya qadın milli komandasının məşqini izləmək üçün drondan istifadə etdiyinə görə Fransa hakimiyyəti tərəfindən saxlanılıb.

Sonradan məlum oldu ki, pilotsuz təyyarəyə “Team Canada” analitiki Cozef Lombardi nəzarət edirmiş. AFP-nin məlumatına görə, 43 yaşlı şəxs məhkəmə qarşısına çıxanda günahını etiraf edib və ona şərti səkkiz aylıq həbs cəzası verilib.

Kanada yığmasının baş məşqçisi Beverli Priestman da Yeni Zelandiya ilə qarşıdakı oyunda iştirak etməyəcəyini açıqlayıb.

Aut.az