İngiltərə

“Liverpul” ərəblərə elə “qiymət oxudu” ki…

“Liverpul” Səudiyyə Ərəbistanı klubları üçün 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deyk üçün 55 milyon avro qiymət qoyub.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin məlumatına görə, artıq Pro Liqa klubları niderlandlı futbolçunun transferi ilə bağlı “Liverpul”la əlaqə saxlayıb. Hazırda adı açıqlanmayan Səudiyyə klubları 55 milyon avroluq qiyməti çox yüksək hesab edirlər.

Van Deykin mersisaydlılarla müqaviləsinin 2025-ci ilin yayında başa çatacağını nəzərə alaraq, Səudiyyə Ərəbistanı klublarının onunla 2025-ci ilin yanvarında ilkin razılıq əldə edə biləcəyi vurğulanır.

Xatırladaq ki, Van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Aut.az